Özbəkistanda ticarət mərkəzində partlayış baş verib, ölənlər və yaralananlar var.....

Özbəkistanın Suxandərya vilayətinin Denau şəhərindəki ticarət mərkəzində partlayış baş verib.

<Özbəkistanda ticarət mərkəzində partlayış baş verib, ölənlər və yaralananlar var.....

AZƏRTAC Özbəkistan KİV-nə istinadla xəbər verir ki, xilasedicilər partlayış yerindəki dağıntıların altından iki nəfərin cəsədini tapıblar, daha doqquz nəfər yaralanıb.

Respublikanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gecə saatlarında baş verən partlayışın ardınca yanğın başlayıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində Özbəkistan Baş nazirinin birinci müavini Açilboy Ramatovun rəhbərliyi ilə hökumət komissiyası işləyir. İlkin məlumata əsasən hadisəyə məişət qazının partlaması səbəb olub.