Özbəkistana növbəti partiya “ZF-UZ-VAC2001” peyvəndi gətirilib.....

Bu gün Daşkəndə Çindən Özbəkistanın da həmmüəllifi olduğu 4 milyon 358 min 100 doza peyvənd gətirilib.

<Özbəkistana növbəti partiya “ZF-UZ-VAC2001” peyvəndi gətirilib.....

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəyə gətirilən və burada istehsal olunan vaksinin ümumi sayı 47 milyon 465 min 578 doza olub. Bunun 35 milyon 353 min 114 dozası istifadə edilib.

Bildirilir ki, hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə olunur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd