Özbəkistan portalı Azərbaycanda “Şuşa İli” elan olunması ilə bağlı məqalə yayımlayıb.....

Özbəkistanın “ziyouz.uz” portalı öz səhifəsində 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə bağlı özbək dilində məqalə yerləşdirib.

<Özbəkistan portalı Azərbaycanda “Şuşa İli” elan olunması ilə bağlı məqalə yayımlayıb.....

AZƏRTAC xəbər verir ki, materialda Şuşa şəhərinin tarixi, mədəniyyəti haqqında məlumat verilir.

Yazıda deyilir ki, şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk vaxtlarda şəhər Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlanıb.

Materialda bu il Şuşa şəhərinin 270 illiyinin qeyd edilməsi haqqında danışılır, orada aparılan tikinti və quruculuq işlərindən söhbət açılır.

Məqalədə vurğulanır ki, Şuşa şəhəri 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən işğala məruz qalıb, 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri tərəfindən azad edilib.

Yazıda Şuşa şəhərinin qədim abidələri, zəyarətgahları, hər birinin məscidi, bulağı, hamamı olan 17 məhəlləsi, tanınmış şəxsiyyətləri haqqında məlumat verilir. Qeyd edilir ki, Şuşanın işğalına qədər şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili var idi və düşmən bu abidələrin əksəriyyətini dağıdıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd