“Open Air Cinema” layihəsinin Bakıda da reallaşdırılması nəzərdə tutulur.....

Bu günlərdə “CinemaPlus” kinoteatrlar şəbəkəsi kinosevərlər üçün yeni layihə ərsəyə gətirib. Şamaxı şəhərində yerləşən “Abqora” restoranında “Meysəri” şərabları və “CinemaPlus”un birgə layihəsi olan “Open Air Cinema”da hər həftəsonu açıq havada, təbiətin qoynunda qonaqlar yeni filmləri izləyə biləcəklər.

<“Open Air Cinema” layihəsinin Bakıda da reallaşdırılması nəzərdə tutulur.....

AZƏRTAC xəbər verir ki, layihə regionda həyata keçirilsə də, paytaxt sakinləri tərəfindən də böyük maraqla qarşılanıb.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə “Open Air Cinema” layihəsi barədə məlumat verərək bildirib ki, Bakıda da belə layihələr nəzərdə tutulub. Məlum məsələləri nəzərə alaraq hələlik paytaxtda gözləmə mövqeyindəyik. Xatırlayırsınızsa, biz hələ ötən il bu istiqamətdə bir layihə həyata keçirməyə çalışırdıq. “AvtoCinema” adlı layihənin anonsunu vermişdik. Bakıda məhz bu layihə gerçəkləşdikdən sonra digər layihəni təqdim edəcəyik. “AvtoCinema” layihəsi açıq havada kinoteatr giriş və çıxışı olan böyük avtopark sahəsini xatırladır. İnsanlar şəxsi avtomobillərində əyləşərək böyük ekranda filmləri izləyəcəklər. Çalışdıq ki, “Open Air Cinema” bir pilot layihə kimi regionda sınaqdan keçirilsin və daha sonra maraq və istəkləri nəzərə alaraq bu təcrübəni paytaxta köçürə bilək. Bu layihə pandemiya şəraiti ilə əlaqəli deyil, adi vaxtlarda da davam etdirilə bilər. İnanıram ki, kinosevərlərimiz yeni layihə vasitəsilə filmlər izləmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “Open Air Cinema”da filmlər və seanslar haqqında məlumatı "CinemaPlus”un sosial şəbəkə hesablarından əldə etmək mümkündür.