Ölkəmiz Özbəkistanda keçiriləcək beynəlxalq film festivalında təmsil olunacaq.....

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə bu il “İpək yolunun dürdanəsi” adlı Daşkənd Beynəlxalq Film Festivalında “Suğra və onun oğulları” filmi ilə təmsil olunacaq.

<Ölkəmiz Özbəkistanda keçiriləcək beynəlxalq film festivalında təmsil olunacaq.....

AZƏRTAC xəbər verir ki, sentyabrın 14-18-də Özbəkistanda keçiriləcək film festivalında dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Sentyabrın 15-də festival çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin rəsmi açılışı nəzərdə tutulub.

Açılış mərasimində nümayiş etdiriləcək “Suğra və onun oğulları” filmi Bakı Media Mərkəzi, Buta Film, Arizona prodakşın, Salar filmin birgə istehsalıdır. Filmdə İkinci Dünya müharibəsində Azərbaycanda arxa cəbhədə kənddə yaşayan insanların taleyindən gedir. Çəkilişlərin əksəriyyəti Azərbaycanın Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə festivalda tanınmış azərbaycanlı kinorejissorlar Vaqif Mustafayev, Ayaz Salayev, Orman Əliyev, Oleq Səfərəliyev, Əlisəttar Quliyev, İlqar Nəcəf, Asif Rüstəmov, Fariz Əhmədov, Xalq artisti Şəfiqə Məmmədova iştirak edəcəklər.

Açılış mərasimində Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan filmi Özbəkistanın Buxara şəhərində mərkəzi kinoteatrda nümayiş etdiriləcək.

Qeyd edək ki, ötən ildən keçirilməsinə start verilən “İpək yolunun dürdanəsi” adlı beynəlxalq kino festivalı sovet dövründə keçirilən Daşkənd Beynəlxalq Kino Festivalının davamı hesab olunur.