Ölkədə elektron xidmətlərin qeydiyyatı ilə bağlı vahid reyestr qaydaları müəyyən edilir

Ölkədə elektron xidmətlərin qeydiyyatı ilə bağlı vahid reyestr qaydaları müəyyən edilir.

<Ölkədə elektron xidmətlərin qeydiyyatı ilə bağlı vahid reyestr qaydaları müəyyən edilir

AZƏRTAC xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasının gündəliyinə daxil edilib.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklə, elektron xidmətlərin təşkili və göstərilməsi üzrə dövlət qurumları elektron xidmətlərin təşkilini və göstərilməsini “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və dövlət xidmətlərinin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi texniki tələblərə uyğun olaraq təmin edirlər.

Elektron xidmətlərin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun bu Qanunun 14-cü maddəsinin dördüncü hissəsində qeyd olunan qaydaya uyğun verdiyi məqsədəuyğunluq barədə rəyi nəzərə alınmaqla həyata keçirilir.

Elektron xidmətlər məqsədəuyğunluq barədə müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan, dövlət informasiya ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, elektron xidmət dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunduqdan sonra həmin sistem vasitəsilə göstərilir.