Nursultan Nazarbayev Qazaxıstanda iğtişaşlar başlayandan bəri ilk dəfə xalqa müraciət edib.....

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev ölkədə iğtişaşlar başlayandan bəri ilk dəfə xalqa müraciət edib.

<Nursultan Nazarbayev Qazaxıstanda iğtişaşlar başlayandan bəri ilk dəfə xalqa müraciət edib.....

AZƏRTAC xəbər verir ki, Nursultan Nazarbayevin videomüraciətini onun mətbuat xidməti yayıb.

N.Nazarbayev videomüraciətində bildirib: “Hamıya məlumdur ki, mən fasiləsiz olaraq 30 il ölkənin inkişafı üçün çalışdım. Biz birlikdə müstəqil Qazaxıstanı qurduq, böyük sosial-iqtisadi inkişafa nail olduq. Bir çox göstəricilərə görə nəinki Mərkəzi Asiyada, hətta MDB məkanında lider olduq. Ölkənin sabitliyi və təhlükəsizliyi mənim üçün hər zaman vacib amil olub”.

Sabiq Prezident, həmçinin ölkədə olduğunu və paytaxtda istirahət etdiyini vurğulayıb. Qazaxıstana Kasım-Jomart Tokayevin rəhbərlik etdiyini, onunla arasında heç bir münaqişənin olmadığını diqqətə çatdırıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan