Noyabrın 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir

Noyabrın 6-dan 7-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək, 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.

<Noyabrın 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək.

Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, noyabrın 6-dan 7-si səhərədək arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.