Noyabrın 29-dan dekabrın 2-dək paytaxtda yağıntıların arabir intensivləşəcəyi proqnozlaşdırılır.....

Noyabrın 27-si gündüzdən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, noyabrın 28-i gündüzədək şimal küləyinin arabir 20-23 metr/saniyəyədək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

<Noyabrın 29-dan dekabrın 2-dək paytaxtda yağıntıların arabir intensivləşəcəyi proqnozlaşdırılır.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların arabir intensivləşəcəyi ehtimalı var.

Havanın temperaturunun gündən-günə enərək gündüz saatlarında 7-9° isti olacağı ehtimal edilir.

Ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Noyabrın 28-i axşamdan başlayaraq, xüsusilə dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı bildirilir.

Şimal küləyi noyabrın 27-28-də ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək.

Noyabrın 28-dən başlayaraq havanın temperaturunun gündən-günə enərək aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.