Novruz bayramınız mübarək!

Bu gün Azərbaycanda və Türk dünyasında Türk xalqlarının ən sevimli bayramlarından biri olan Novruz bayramı qeyd edilir.

<Novruz bayramınız mübarək!

Azərbaycana martın 20-də saat 14:29-da daxil olacaq və həmin vaxt gecə-gündüz bərabərliyi qeydə alınacaq. Buna görə də martın 20-si bayram günü hesab olunur.

Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar və Türk Dünyası yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Novruz bayramı münasibətilə Türk Dünyasını və Azərbaycan xalqını ürəkdən təbrik edirik. Arzu edirik ki, bu bahar gəlişiylə xalqımıza yalnız və yalnız gözəl günlər, xoşbəxtlik, sevinc, gülüş, ruzi-bərəkət, can sağlığı, və əminamanlıq gətirsin.

Bayramınız mübarək!

TÜRK-AZ HABER