”Neftçi” klubu argentinalı futbolçu ilə ikiillik müqavilə imzalayıb.....

Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.

<”Neftçi” klubu argentinalı futbolçu ilə ikiillik müqavilə imzalayıb.....

AZƏRTAC kluba istinadla xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb. İyirmi səkkiz yaşlı hücuma meyilli yarımmüdafiəçi 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Xorxe Korrea Argentinanın “Veles Sarsfild”, “Defensores de Belqrano” və Portuqaliyanın “Maritimu” klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.