Muzeyin kolleksiyasında Şirvanşah Muhəmməd Qazi bin Fərrux Yəsarın dövrünə aid möhür qorunur.....

Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunda dövlət qurumlarına, bir sıra xarici ölkələrə aid möhürlərlə yanaşı, müxtəlif dövrlərin hökmdarlarına və tanınmış şəxsiyyətlərə məxsus möhürlər də mühafizə olunur.

<Muzeyin kolleksiyasında Şirvanşah Muhəmməd Qazi bin Fərrux Yəsarın dövrünə aid möhür qorunur.....

Muzeydən AZƏRTAC-a bildirilib ki, kolleksiyadan təqdim edilən belə möhürlərdən biri də Dərbəndlilər sülaləsindən olan Şirvanşah Muhəmməd Qazi bin Fərrux Yəsarın qısamüddətli hakimiyyəti dövründə Şamaxıda zərb edilib (1501-1502-ci illər).

Metaldan olan möhürün mərkəzi hissəsində ərəb qrafikası ilə “Şamaxı zərbi, 907”, ətrafında isə dairəvi şəkildə “Sultan Muhəmməd Qazi Şirvanşah ədalətli, möminlərin əmiri” sözləri həkk edilib.