Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir təşkil olunub.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbdə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirib.

<Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir təşkil olunub.....

Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kitabxananın metodisti İradə Hüseynova çıxış edib. Bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib.

Tədbirdə Müstəqilliyin Bərpası Gününün tarixi və əhəmiyyəti haqqında məktəblilərə geniş məlumat verilib