Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 30,3 milyon dollar olub.....

İyunun 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

<Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 30,3 milyon dollar olub.....

AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 30,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.