“Mənalı naxış” - Xalça Muzeyində növbəti ustad dərsi belə adlanır.....

Oktyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Mənalı naxış” adlı ustad dərsi keçiriləcək.

<“Mənalı naxış” - Xalça Muzeyində növbəti ustad dərsi belə adlanır.....

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, rəssam Çingiz Babayevin iştirakı ilə reallaşacaq dərslərdə hər bir xalça ornamentinin yaranma prosesi, onun hansı məna daşımasının sirləri haqqında məlumat veriləcək. Dərslər “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində təşkil olunacaq. Rəssam həm də müəllifi olduğu naxışı hazırlamağa kömək edəcək.

Ustad dərsləri bir neçə texnikalarda və müxtəlif yaş qrupları üçün təşkil olunur.