Məktəblilərarası fənn müsabiqələrinin qalibləri məlum olub.....

Ölkə üzrə VI-VII sinif şagirdləri arasında keçirilən VI məktəblilərarası fənn müsabiqələrinin qalibləri məlum olub.

<Məktəblilərarası fənn müsabiqələrinin qalibləri məlum olub.....

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən bilik yarışında müvafiq fənlər üzrə iştirakçılardan ən yaxşı nəticə göstərən 30 şagird qalib elan edilib. Nəticələr və qaliblərin siyahısı ilə “olimpiada.edu.az” saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.