Misirdə 4500 il tarixi olan Coser sərdabəsi yenidən ziyarətə açılıb.....

Qədim Misirin ən möhtəşəm abidələrindən biri olan Coser sərdabəsi 15 il davam edən bərpa işlərindən sonra yenidən ziyarətə açılıb.

<Misirdə 4500 il tarixi olan Coser sərdabəsi yenidən ziyarətə açılıb.....

AZƏRTAC xəbər verir ki, məşhur Coser ehramı və sərdabəsi 4500 il bundan əvvələ aiddir.

Misir fironlarının üçüncü sülaləsinin ən qüdrətli hökmdarı olmuş Coserin Qahirənin cənubundakı Sakkarada yerləşən sərdabəsi yerli və əcnəbi turistlərin ən çox sevdiyi məkandır. Burada mumiyalarla yanaşı, divarlardakı heroqliflər çox qiymətli tarixi məxəzlər hesab olunur. Sərdabənin mərkəzindəki sal daşdan düzəldilmiş sarkofaqın quruluşu isə təcrübəli memarların belə təəccübünə səbəb olur. Bundan başqa, labirint dəhlizlərdən keçərək çıxış nöqtəsinə qayıtmaq üçün xüsusi bələdçi tələb olunur. Coser ehramı isə Giza ehramlarının sələfi hesab edilir.

Misirin Turizm və Qədim Abidələr Nazirliyi Coser sərdabəsinin bərpasına 2006-cı ildə başlayıb. Təxminən 15 il davam edən bərpa işlərinin ən mürəkkəb hissəsi dağılmış və üzərində heroqliflər yerləşən divarların əvvəlki vəziyyətinə qaytarılması olub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə