Mingəçevirdə zəlzələ olub.....

Aprelin 17-də Mingəçevir seysmoloji stansiyasından 6 km qərbdə - Mingəçevir rayonunda zəlzələ baş verib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

<Mingəçevirdə zəlzələ olub.....

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 05:05-də qeydə alınan zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3,3-ə bərabər olub.