Milli İncəsənət Muzeyində “Açıq qapı” günləri təşkil edilib.....

Azərbaycan Milli İncəsənət Muzeyində UNICEF-in təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi çərçivəsində “Açıq qapı” günləri keçirilib.

<Milli İncəsənət Muzeyində “Açıq qapı” günləri təşkil edilib.....

Muzeydən AZƏRTAC-a bildirilib ki, göstərilən tarixlərdə paytaxt sakinləri və şəhərimizin qonaqları sözügedən sərgi ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər. Ziyarətçilərin sırasında gənclərin, tələbələrin, orta məktəb şagirdləri ilə yanaşı, böyüklərin və şəhərimizin qonaqlarının da çoxluq təşkil etməsini sevindirici hal kimi qeyd etmək olar.

Gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakteri daşıyan layihə qonaqlar tərəfindən maraqla qarşılanıb.