Milli Hidrometeorologiya Xidməti: Daşkəsən və Gədəbəy rayonlarına dolu düşüb.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən, Şəki, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Ləzə (Qusar), Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

<Milli Hidrometeorologiya Xidməti: Daşkəsən və Gədəbəy rayonlarına dolu düşüb.....

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, küləyin maksimal sürəti Gəncədə 28, Naftalanda 26, Altıağacda 23, Bakıda 28, Qum adasında 25, Sumqayıtda 24, Pirallahı, Maştağada 23, Binədə 21, Neft Daşlarında 20, Çilov adasında 19 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Saat 14:41-14:43 radələrində Gədəbəy rayonu ərazisinə və Gədəbəy rayonu Duzyurd kəndinə, saat 15:30-15:32 radələrində isə Daşkəsən rayonuna diametri 6-8 millimetr olan dolu düşüb.