Məhkəmə ermənistanın keçmiş prezidentinin ölkədən çıxmasına icazə vermədi.....

ermənistan məhkəməsi keçmiş prezident, müxalif “ermənistan” Alyansının sədri Robert Koçaryanın ölkədən çıxmasına icazə verməyib.

AZƏRTAC ermənistan mətbuatına istinadla xəbər verir ki, R.Koçaryan bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunub.

Mətbuat yazır ki, Rusiyanın hakim partiyası R.Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya dəvət edib.

Lakin birinci instansiya məhkəməsi Koçaryanın ölkədən getməsinə razılıq verməyib.

R.Koçaryan haqqında məhkəmənin daha sərt qərar qəbul edəcəyi və onun həbs olunacağı barədə məlumatlar var.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

<Məhkəmə ermənistanın keçmiş prezidentinin ölkədən çıxmasına icazə vermədi.....