Meyvə ilə yulaf orqanizmdə xolesterinin səviyyəsini azaldır.....

Xolesterinin səviyyəsinə qida məhsulları da daxil olmaqla bir sıra amillər təsir edir. Həddindən artıq miqdarda xolesterin potensial təhlükəli ola bilər, çünki qan damarlarının tıxanmasına səbəb ola bilər. Bu isə ürək tutması və insult kimi ciddi xəstəliklərə gətirib çıxara bilər.

<Meyvə ilə yulaf orqanizmdə xolesterinin səviyyəsini azaldır.....

“Həll olunan lif istehlakı xolesterin səviyyəsinin azaldılması üçün əla pəhriz vasitəsidir. Statistikaya görə, biz yetkinlərin əksəriyyəti gündə tövsiyə olunan 20-35 qram lif miqdarına nail olmuruq, bu da bir çox insanda yüksək xolesterin səviyyəsinə səbəb ola bilər”, - deyə diyetoloq İqor Strokov söyləyir.

AZƏRTAC bu barədə “MedikForum”a istinadla məlumat verir.

Bir çox meyvə və tərəvəzdə, yulafda, arpada, taxılda və paxlalı bitkilərdə olan həll olunan lif həzm sistemində xolesterini məhdudlaşdırmağa və onu problemlərə səbəb olmayana qədər bədəndən çıxarmağa qadirdir.

Həkim hesab edir ki, pəhrizə daha çox həll olunan lif əlavə etməyin ən yaxşı yolu meyvə və ya giləmeyvə ilə səhər yeməyi üçün yulaf lopasıdır. Bu, orqanizmə böyük enerji bəxş edəcək.