MDB ölkələrinin nümayəndələri mikrob əleyhinə preparatların davamlılığına qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.....

İyunun 16-da MDB iştirakçısı olan dövlətlərin mikrob əleyhinə preparatların davamlılığına qarşı mübarizə üzrə Birgə Fəaliyyət Planının hazırlanması üzrə işçi qrupunun videokonfrans rejimində iclası keçirilib.

<MDB ölkələrinin nümayəndələri mikrob əleyhinə preparatların davamlılığına qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.....

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, işçi qrupu Birgə Fəaliyyət Planının layihəsi ilə bağlı irad və təklifləri nəzərdən keçirib, bu sənədin “Praktiki-təşkilati tədbirlər” adlı II bölməsinin müzakirəsini başa çatdırıb. Planın bütün bölmələrinin müzakirəsini başa çatdırmaq üçün əlavə iclas keçirilməsi barədə qərar qəbul edilib. Həmin iclas iyunun 23-də onlayn rejimdə keçiriləcək.