Masallıda zəlzələ baş verib.....

Martın 15-də Lənkəran seysmoloji stansiyasından 29 kilometr şimal-qərbdə - Masallı rayonunda zəlzələ qeydə alınıb.

<Masallıda zəlzələ baş verib.....

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 15:24-də qeydə alınan zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss olunmayıb.