Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə təntənəli tədbir keçiriləcək.....

Türkiyənin Malazgirt və Ahlat rayonlarında şanlı Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə təntənəli tədbir keçiriləcək. Nazirlər Kabinetinin qərarı ilə “1071 Malazgirt Meydan Müharibəsi Tarixi Milli Parkı” elan edilən ərazidə Sultan Otağı ilə 16 çadır yubiley mərasiminə hazırdır.

<Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə təntənəli tədbir keçiriləcək.....

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadrat metr sahədə “1071 Sultan Alparslan otağı” ilə 50 çadır qurulub.

Xatırladaq ki, avqustun 23-dən başlayıb 3 gün davam edəcək tədbirlərdə Azərbaycan mədəniyyətini tanıtma çadırı da ziyarətçilərin və tədbir iştirakçılarının xidmətində olacaq.

Rəsmi açılış və bağlanış mərasimlərinin nəzərdə tutulduğu yubiley mərasimi çərçivəsində pərvaz, uşaq oyunları, oxçular, atlı oxçular, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.

Avqustun 23-də Ahlatda, ertəsi gün isə Malazgirtdə açılış mərasimləri keçiriləcək. Bağlanış mərasiminin keçirilməsi avqustun 26-da nəzərdə tutulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bitlis