Macarıstan kosmik dövlətə çevrilməyi planlaşdırır.....

Macarıstan hökuməti ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin təqdim etdiyi kosmik strategiya proqramını bəyənib.

<Macarıstan kosmik dövlətə çevrilməyi planlaşdırır.....

AZƏRTAC xəbər verir ki, bu proqramda yerli alimlərin və mühəndislərin kosmik tədqiqatlarının başlıca inkişaf istiqamətləri müəyyən edilib. Hökumət bu ölkəni qlobal kosmik tədqiqatlar sektorunun aktiv iştirakçısına çevirmək kursunu seçib. Budapeşt bu sahədə daha fəal rol oynamaq niyyətindədir. Bu məqsədə nail olmaqdan ötrü hökumət innovasiyaların stimullaşdırılması və iqtisadiyyatın dayanıqlı artımı, bütövlükdə, ölkənin beynəlxalq rolunu möhkəmləndirmək, həmçinin kosmik sahə üçün zəruri infrastrukturun və iqtisadi şəraitin inkişafına daha çox diqqət ayırmaq üçün kosmik sektorun potensialından istifadə etməyi planlaşdırır.

Əgər Macarıstan bu məqsədə nail olarsa, onun adı kosmik dövlətlərin siyahısına daxil edilə bilər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt