Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 56 santimetr azalıb.....

Oktyabrın 3-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 56, Təngərüdçay-Vaqoda 40, Viləşçay-Şıxlarda 10, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 4 və Kiçik Qafqazın ərazisindən Zəyəmçay-Ağbaşlar məntəqəsində 6 santimetr azalıb. Gəncəçay-Zurnabad məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Kürəkçay-Çaykənd məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

<Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 56 santimetr azalıb.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 213 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 132 faizinə bərabərdir. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 9 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 320 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 335 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr artaraq 320 santimetr, su sərfi isə 87 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr artaraq 117, Kür-Bankədə 8 santimetr azalaraq 107, Araz-Novruzluda 3 santimetr artaraq 95 santimetr olub.