Laçın-Xankəndi yolu: Səhər saatlarında Laçın istiqamətinə gedən BQXK-ya məxsus beş avtomobil geri qayıdıb.....

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

<Laçın-Xankəndi yolu: Səhər saatlarında Laçın istiqamətinə gedən BQXK-ya məxsus beş avtomobil geri qayıdıb.....

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 40 gündür davam edir.