Kitabxana “Yeni kitablar” adlı səyyar sərgi təşkil edib.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı “Yeni kitablar” adlı səyyar kitab sərgisi təşkil edib.

<Kitabxana “Yeni kitablar” adlı səyyar sərgi təşkil edib.....

İdarədən AZƏRTAC-a bildirilib ki, səyyar sərgidə müxtəlif yaş qruplarından olan oxucuların marağına səbəb olacaq kitablar nümayiş olunub.

Kitabxana əməkdaşları ətraf ərazidə yaşayanları kitabxananın fonduna daxil olan yeni ədəbiyyatla tanış ediblər.

Qeyd edək ki, sərgini təşkil etməkdə məqsəd oxucularda kitaba, mütaliəyə maraq yaratmaq, mütaliənin cəmiyyətin gündəlik vərdişinə çevrilməsinə yardım etməkdir.