İyunun 7-də bölgələrdə hava yağıntılı olacaq.....

Azərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

<İyunun 7-də bölgələrdə hava yağıntılı olacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 25-29° isti, Bakıda gecə 20-22°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı ehtimalı var.