İstanbulun rəmzləri şanlı bayrağımızın rənglərinə bürünüb.....

28 May – Müstəqillik Günü münasibətilə İstanbulunun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

<İstanbulun rəmzləri şanlı bayrağımızın rənglərinə bürünüb.....

AZƏRTAC xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyəti dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəni birləşdirən körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.

Kompozisiya yerli vətəndaşlar və bu şəhərdə qonaq olan turistlər tərəfindən böyük maraqla qarşılanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul