İstanbulda PKK terror təşkilatının beş üzvü saxlanılıb.....

İstanbulda PKK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.

<İstanbulda PKK terror təşkilatının beş üzvü saxlanılıb.....

AZƏRTAC xəbər verir ki, Türkiyənin xüsusi təyinatlı polis qüvvələrinin də iştirak etdikləri əməliyyatlar şəhərin beş müxtəlif rayonunda aparılıb. Əməliyyat nəticəsində PKK terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən beş nəfər şübhəli şəxs qismində saxlanılıb.

Onların yaşadıqları evlərdə terror təşkilatına aid çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Araşdırmalar davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul