İstanbulda keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanın stendinə xüsusi maraq var.....

İstanbulda keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir.

<İstanbulda keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanın stendinə xüsusi maraq var.....

AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə öz müdafiə sənayesi məhsulları ilə təmsil olunur. Digər illərdən fərqli olaraq ölkəmiz bu il sərgidə 44 günlük Vətən müharibəsində istifadə olunan silahları da nümayiş etdirir. Bundan əlavə builki məhsullar arasında yeniliklərdən biri də snayper tüfəngidir ki, onu digər silahlardan fərqləndirən xüsusiyyəti iki min metr məsafədə hədəfi vurur və adi snayper silahlarından fərqli olaraq güllə deyil, mərmi atır. Belə ki, mərmi iki min metrlik məsafədə on metrlik radiusda hədəfi tamamilə məhv edir. Bundan əlavə sərgidə Azərbaycan stendində müxtəlif çaplı toplar, silahlar, əl qumbaraları, kambinə olunmuş döyüş patronlar və digər döyüş ləvazimatları sərgilənir.

Bir çox ölkənin təmsil olunduğu tədbirdə Azərbaycan stendinə xüsusi maraq göstərilir.

Tədbir avqustun 20-dək davam edəcək.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul