İspaniyalı ekologiya fəalları Prado muzeyində etiraz aksiyası keçiriblər.....

İspaniyanın “Futuro Vegetal” ekoloji hərəkatının iki fəalı iqlim fövqəladə vəziyyətinə etiraz etmək üçün bu gün Madriddəki Prado Milli Muzeyində sərgilənən Fransisko de Qoyanın “Çılpaq Maja” və “Geyimli Maja”nın çərçivələrinə yapışıblar.

<İspaniyalı ekologiya fəalları Prado muzeyində etiraz aksiyası keçiriblər.....

AZƏRTAC xəbər verir ki, iki şəkil arasında qeyri-sabit iqlimə və bütün planet üçün ciddi nəticələrə səbəb olacaq qlobal temperaturun artması barədə xəbərdarlıq etmək üçün “+1,5º” mesajı yazıblar.

Bu aksiya Böyük Britaniya, Almaniya, İtaliya və Hollandiyadakı muzeyləri etiraz platforması kimi seçmiş ekoloji qrupların digər aksiyaları ilə həmrəylik məqsədilə həyata keçirilib.

Bu həftənin əvvəlində bu cür aksiya İspaniya Mədəniyyət Nazirliyinin muzeylərdə sayıqlığın artırılmasını və ziyarətçilərə daha çox diqqət yetirilməsini tövsiyə edən sirkulyarın verilməsinə səbəb olub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid