İspaniya İrana 2 milyondan çox AstraZeneca peyvəndi göndərib.....

İspaniya İrana yardım məqsədilə 2 milyon 200 min doza AstraZeneca peyvəndi göndərib.

<İspaniya İrana 2 milyondan çox AstraZeneca peyvəndi göndərib.....

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Baş Gömrük İdarəsinin rəisi Ruhulla Lətifi məlumat verib. O bildirib ki, İrana Yaponiya və Yunanıstandan da peyvənd idxal olunub. Bu günə kimi bu ölkəyə 15 milyon doza AstraZeneca peyvəndi gətirilib.

Səhiyyə Nazirliyinin açıqlamasına əsasən İranda son sutka ərzində 3 min 503 nəfər koronavirusa yoluxub, 30 nəfər bu xəstəlikdən ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 132 min 202 nəfərə, yoluxanların sayı isə 6 milyon 245 min 346 nəfərə çatıb. Müxtəlif xəstəxanalarda müalicə alan virus daşıyıcılarından 1 216 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölkədə indiyədək 6 milyon 78 min 24 nəfər koronavirusdan sağalıb.

Ümumilikdə, İranda 128 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,5 milyon, “buster” dozası vurduranların sayı 14,2 milyon təşkil edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran