İranda COVID-19-a yoluxma və ölüm hallarında azalma müşahidə edilir.....

İranda koronavirusa yoluxma və ölüm hallarının azalması davam edir.

<İranda COVID-19-a yoluxma və ölüm hallarında azalma müşahidə edilir.....

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, son 24 saat ərzində ölkədə 12 min 847 nəfərin virusa yoluxması, 355 nəfərin isə bu xəstəlikdən ölməsi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən həftə gün ərzində yoluxma sayı 20 mindən, ölüm halların isə 500–dən çox olurdu.

Hazırda İranda virusa yoluxanların ümumi sayı 5 milyon 408 min 860 nəfərə, ölənlərin ümumi sayı isə 116 min 791-ə çatıb. Xəstəxanalarda müalicə alan 6 min 836 nəfərin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 4 milyon 736 min 896 nəfər sağalaraq evə buraxılıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran