İran, Çin və Rusiya birgə hərbi təlimlərə başlayır.....

Yanvarın 21-də İran, Çin və Rusiyanın Həbi Dəniz Qüvvələri Hind Okeanının şimal hissəsində hərbi təlimlərə başalayacaqlar.

<İran, Çin və Rusiya birgə hərbi təlimlərə başlayır.....

AZƏRTAC xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin admiralı Musatafa Tacəldini jurnalistlərə verdiyi açıqlamada deyib.

O bildirib ki, “Təhlükəsizlik kəməri-2022” kod adı ilə adlandırılan hərbi dəniz təlimləri okeanın 17 min kvadratkilometr ərazisini əhatə edəcək. Təlimlərin məqsədi regionda sülhün və əmin-amanlığın təmin olunmasıdır. Təlimlərə Hərbi Hava Qüvvələri də cəlb ediləcək.

Admiral diqqətə çatdırıb ki, hər 3 dövlətin hərbi dəniz sahəsində əməkdaşlıq əlaqələri davam edəcək və birgə təlimlər gələcəkdə də keçiriləcək. Bu təlimlər isə terrorçulara, dəniz quldurlarına və qaçaqmalçılara qarşı aparılan mübarizəni təkmilləşdirəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran