İran Avropa ölkələri ilə hava əlaqəsini bərpa edir.....

Uzun sürən məhdudiyyətlərdən sonra Avropa ölkələri ilə İranın aviasiya əlaqəsi tədricən bərpa olunur.

<İran Avropa ölkələri ilə hava əlaqəsini bərpa edir.....

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Hüseyn Zibaxış verib. O bildirib ki, “Lufthansa” aviaşirkəti İrana və İrandan digər istiqamətlərə uçuşlarını bərpa edib. Şirkətin təyyarələri həftədə 3 dəfə müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirməyə başlayıblar. Lakin yaxın aylarda reyslərin sayı həftədə 5 dəfəyə kimi artacaq.

H.Zibaxış qeyd edib ki, iyunun 17-dən Avstriyanın “Austrian Airlines” şirkəti də həftədə 3 dəfə Tehran-Vyana reysini həyata keçirməyə başlayacaq.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar sərnişinlərdən həkim arayışı tələb olunacaq. Eyni zamanda, Tehranın İmam Xomeyni beynəlxalq hava limanında ölkəyə daxil olanlardan COVID-19 testi götürüləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran