İntensiv və güclü yağıntılar Quba-Qusar bölgəsində qeydə alınıb.....

Səhər saat 11:00-a olan məlumata əsasən, soyuq hava kütlələrinin ölkə ərazisinə şərqdən daxil olduğuna görə intensiv və güclü yağıntılar Quba-Qusar bölgəsində qeydə alınıb. 

<İntensiv və güclü yağıntılar Quba-Qusar bölgəsində qeydə alınıb.....


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qusarda 31 millimetr (aylıq normanın 86 faizi) Qubada 8, Xaçmaz, Neftçalada 7, Astara, Lerikdə 5, Şabranda 4, Altıağacda 3, Yardımlı, Qrızda 2, Lənkəran, Sarıbaş (Qax), Biləsuvar, Salyan, Cəfərxan, Sabirabad, Şamaxı, Qobustan, Göytəpə, Xaltanda 1 millimetr olub. Bakıda və Abşeron yarımadasında sulu qar müşahidə edilib, Pirallahıda 5, Bakı, Maştağada 4, Binədə 3, Sumqayıtda 2, Neft Daşları, Çilov adasında 1 millimetrədək yağıntı düşüb. 
Qar örtüyünün hündürlüyü Qrız-Qudyalçayda 20, Daşkəsən, Xınalıqda 15, Qrızda 14, Göygöldə 13, Quba, Qusar, Xaltanda 10, Ağdərə (Ordubad), Sarıbaşda (Qax) 8, Altıağacda 6, Şabranda 3 santimetr olub.
Şimal-qərb küləyi əsib, arabir Daşkəsəndə 23, Tərtərdə 20, Gədəbəy, Naftalan, Ağdam, Şəki, Şamaxıda 18, Mingəçevirdə 16, Bakıda və Abşeron yarımadasında 15-18 metr/saniyəyədək güclənib, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 0-2° isti, Aran rayonlarında 1° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda 7-10° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, Naxçıvan Muxtar Respublikasında 2-8° şaxta olub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan soyuq, yağıntılı hava şəraiti dekabrın 25-dək davam edəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.