İngiltərəli futbolçu Cud Bellinqem UEFA Çempionlar Liqasının tarixinə düşüb.....

Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellinqem UEFA Çempionlar Liqasının tarixinə düşüb.

<İngiltərəli futbolçu Cud Bellinqem UEFA Çempionlar Liqasının tarixinə düşüb.....

AZƏRTAC xəbər verir ki, turnirin qrup mərhələsinin birinci turunda “Beşiktaş” komandası ilə matçda fərqlənən futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsində qol vuran ən gənc oyunçu adını qazanıb. C.Bellinqem bu uğura 18 yaş 78 günündə nail olub. İngiltərəli futbolçu bu göstərici ilə Kilian Mbappenin (18 yaş 85 gün) rekordunu yeniləyib. Fransalı hücumçu 2017-ci ildə “Monako”nun heyətində rekord müəyyənləşdirmişdi.

Cari mövsüm Dortmund təmsilçisinin heyətində 7 oyuna çıxan C.Bellinqem 2 qol vurub və 4 məhsuldar ötürmə edib.