İncəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri ABŞ-ın Florida ştatının Aventura şəhərində təşkil olunan VI “Florida Keys” beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak ediblər.

<İncəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar.....

İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə musiqi məktəbinin zərb alətləri ixtisası üzrə şagirdi Əli Manaflı I yerə, fortepiano ixtisası üzrə şagirdi Turan Cəfərzadə II yerə layiq görülüb.

Hər il Nyu-Yorkda təşkil edilən və dünyanın müxtəlif ölkələrindən, fərqli yaş kateqoriyaları və musiqi alətləri üzrə gənc musiqiçilərin qatıldığı “Florida Keys” müsabiqəsi qaliblər qarşısında geniş imkanlar açır.

Müsabiqənin şərtlərinə əsasən I yer mükafatçısı Əli Manaflı 2022-ci il aprelin 5-də mötəbər konsert salonu sayılan “Carnegie Hall”da keçirilən Qala konsertdə iştirak etmək hüququ əldə edib. II yer mükafatçısı Turan Cəfərzadə isə Paris konservatoriyasının professoru, tanınmış pedaqoq Rena Şereşevskayadan ustad dərsi almaq şərəfinə layiq görülüb.