İcma: Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq

Qərbi Azərbaycan İcması bəyanat yayıb. 

<İcma: Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "Qərbi Azərbaycan İcması Polşa Prezidentinin Azərbaycan-ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərin narahatlığını ifadə edir.

 

Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının ermənistandakı Missiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbi azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununla bağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsız qalmşdır.

 

“ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öz torpaqlarında dinc şəraitdə yaşamasını istərdik” deyən Polşa prezidentinə xatırladırıq ki, Azərbaycan əraziləri işğal altında olarkən Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidi olmamışıq.

Polşa prezidentinin ölkəsinin “Azərbaycan və ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlı verdiyi açıqlamasına dair isə bildiririk ki, rəsmi Varşavanın özünün qonşuları ilə kifayət qədər problemləri var və Polşa öz problemlərinin həlli ilə məşğul olsaydı, daha məntiqli olardı.

 

Biz Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq. ermənistan isə başa düşməlidir ki, “binokl diplomatiyası” kimi ucuz şoularla, Luis Okampo, Qreta Tunberq kimi avantürüstlərə “yeni xilaskar” gözü ilə baxmaqla Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür".