İbrahim Rəisi: Rusiya ilə əlaqələrimizin inkişafı dövlətlərimiz üçün xüsusilə əhəmiyyətlidir.....

Rusiya ilə əlaqələrimizin inkişafı dövlətlərimiz üçün xüsusilə əhəmiyyətlidir.

<İbrahim Rəisi: Rusiya ilə əlaqələrimizin inkişafı dövlətlərimiz üçün xüsusilə əhəmiyyətlidir.....

AZƏRTAC xəbər verir ki, bu sözləri Moskvaya işgüzar səfərə yola düşərkən hava limanında jurnalistlərə verdiyi açıqlamada İran Prezidenti İbrahim Rəisi deyib.

Prezident bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə siyasi, iqtisadi, enerji və ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edəcək. Əməkdaşlıq əlaqələrimiz ən yüksək səviyyəyə çatacaq. Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafı regionda və beynəlxalq səviyyədə birgə addımların atılmasına səbəb olacaq.

Məlumat üçün bildirək ki, Prezident İbrahim Rəisini Rusiya səfərində İranın enerji, neft, iqtisadiyyat və ticarət nazirləri müşayiət edirlər.

Yanvarın 20-də Prezident İbrahim Rəisi Rusiya Dövlət Dumasında çıxış edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran