Hz. İbrahim (ə.s) – Məkkəni İslama hazırlayan Allah dostu

Cənabi-Haqq, cin və insanları şübhəsiz ki, Onu tanıyıb iba­dət etmələri üçün yaratmışdır. Bu ülvi məqsəd, Bəzmi-Ələst’də qul­luq etmək haqqında verilən sözlə bir müqavilə formasına düşmüş və insanın dünyaya göndərilməsindən sonra da verilən qulluq sözünə bağlı olaraq bütün həyatı əhatə edən imtahan başlamışdır.

Hz. İbrahim (ə.s) – Məkkəni İslama hazırlayan Allah dostu
EĞİTİMCİ İLYAS SEYİD

Hz. İbrahim (ə.s) – Məkkəni İslama hazırlayan Allah dostu

Cənabi-Haqq, «Rahim» sifətinin təcəllisi kimi peyğəmbərlik yolunu açmış, qullarını xəbərdar və irşad etmək üçün pey­ğəm­bər­lər göndərmişdir. Bundan məqsəd, Bəzmi Ələst’də bağlanan əhdə vəfa istiqamətində insanları xəbərdar və irşad etmək, onları Allaha yönəldib, insandakı hidayət nüvəsini, Rəhmani başlanğıcı inkişaf etdirməkdir.

Peyğəmbərlər arasında öz dərəcə, məqam və mərtəbəsinə görə Hz. İbrahimin (ə.s) yeri müstəsnadır. O, kitab verilən (rəsul) peyğəmbərlərdən olub, öz həyatı, şəxsiyyəti, sifətləriylə insanlığın iftixarı hesab olunan əzəmətli bir peyğəmbər olmaqla yanaşı, həm də ona böyük əhəmiyyət verən Hz. Rəsuli-Əkrəmin (s.ə.v) əcdadıdır.

Hz. İbrahimin təmsil etdiyi və yaydığı din «Hənif» dini kimi tanınır. Bütün ilahi dinlər kimi «Tövhid Əqidəsi»nə əsaslanan bu dinin davamçıları hər dönəmdə olmuşdur. Peyğəmbərimizin babası Əbdülmütəllib də həmçinin bu dinə mənsub olduğu üçün heç bir zaman bütlərə sitayiş etməmişdir.

Allah-Təalanın seçib sevdiyi görkəmli və müstəsna peyğəm­bərlərdən olan Hz. İbrahim, millətinin hidayə rəhbəri və insanlığın tarixi rəhbərlərindəndir. Biz möminlər, Hz. Muhəmmədin (s.ə.v) ümməti olmaqla yanaşı Hz. İbrahimin (ə.s) millətindən hesab olu­nu­ruq. Buradakı «millət» məfhumu, etiqadi baxımından hidayəti ifadə edir.

Hz. İbrahimin yolunu və insanlıq üçün Allah tərəfindən seçilən necə bir hidayət rəhbəri olduğunu ifadə edən ayələrdən bəzilərinə nəzər salaq:

«Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, biz dünyada onu seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır» (Bəqərə, 130).

«İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O, ancaq Hənif müsəlman idi və Allaha şərik qoşanlardan da deyildi» (Ali İmran, 67).

«Xatırla ki, bir zaman İbrahim belə demişdi: «Ey Rəbbim!.. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!» (İbrahim, 35).

Mənbə: Prof. Heydər Baş “Rəhmətən lil Aləmin” 1-ci cild., səh 29-30.