Hikmət Hacıyev: Bu gün Azərbaycan xalqı qəhrəman, məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır.....

20 Yanvar hadisəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. 1990-cı il yanvarın 20-də Sovet qoşunları tərəfindən Bakı şəhərinə “Udar” hərbi əməliyyatı adı altında müdaxilə edilərək Azərbaycan xalqının mübarizlik əzmini sındırmaq məqsədi güdülürdü, lakin bu, tamamilə əks effekt verdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.