Hazırkı dövrədək ikinci mərhələ üzrə peyvənd olunanların sayı 950 minə yaxındır.....

İyunun 10-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 37 min 162 doza vaksin vurulub.

<Hazırkı dövrədək ikinci mərhələ üzrə peyvənd olunanların sayı 950 minə yaxındır.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32 min 670, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 min 492 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 662 min 38-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 712 min 118, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 949 min 920 nəfərdir.