Hazırkı dövrədək ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyona yaxınlaşır.....

İyunun 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 40 min 705 doza vaksin vurulub.

<Hazırkı dövrədək ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyona yaxınlaşır.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31 min 850, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 8 min 855 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 816 min 346-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 842 min 954, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 973 min 392 nəfərdir.