Havada toz dumanı müşahidə olunur.....

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə edilir.

<Havada toz dumanı müşahidə olunur.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə edilən toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada tozun miqdarı normadan 3,9 dəfə çoxdur.

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.