Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.....

Bakıda və Abşeron yarımadasında yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin saniyədə 15-20 metr, arabir saniyədə 23-25 metr, yanvarın 4-də isə cənub-qərb küləyinin saniyədə 15-20 metr, arabir saniyədə 23 metrədək güclənəcəyi gözlənilir.

<Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın rayonlarında yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək və 4-ü axşam havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 2-4-də qərb küləyi arabir saniyədə 15-20 metr, ayrı-ayrı yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcək.