Hacı Şahin Həsənli dəfn olunub.....

"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə ilahiyyatçının rəsmi feysbuk səhifəsində bildirilib.

<Hacı Şahin Həsənli dəfn olunub.....

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi. Mərhuma Allah rəhmət eləsin, kədərli ailəsinə səbr diləyirik. 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib. 

Mərhuma Allahdan rəhmət, kədərli ailəsinə səbr diləyirik.

TÜRK-AZ HABER